ÜST 7-14 avqustu maska taxılması həftəsi elan edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.
APA-nın məlumatına görə, kampaniyaya qoşulma şərtləri də açıqlanıb:
- Maska taxaraq foto və ya videonuzu çəkin;
- Sosial mediada #MaskaTax həşteqi ilə paylaşın;
- Estafeti öz tanıdığınız şəxslərə ötürün;
Məlumatda bildirilib ki, maska təkbaşına COVID-19-a yoluxmanın qarşısını almır.
"Burnunuzu, ağzınızı və çənənizi örtmək şərtilə maska taxın, fiziki məsafəni qoruyun, əllərinizi təmiz saxlayın, kütləvi yığıncaqlardan uzaq durun, öskürəndə və asqıranda ağız və burnunuzu örtün”, - deyə ÜST-ün məlumatında qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu