Keçmiş deputatdan ÇAĞIRIŞ: “Hər birimizin üzərinə məsuliyyət düşür”

“Deyilənlərdən dərs çıxarmalı, karantin qaydalarına uyğun davranmalıyıq”


Dövlət başçısı İlham Əliyev bir neçə gün əvvəl keçirdiyi müşavirədə taleyüklü məsələlərdən danışıb. Prezident, həmçinin Avropa koronavirusun ikinci dalğasından da söz açıb. Bildirilib ki, biz yumşalmaya ehtiyatla getməliyik.
Əks halda karantin qaydalarını vaxtından əvvəl ləğv edən ölkələrin aqibətini yaşaya bilərik.  Deməli, pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək olmaz. İkinci dalğa təhlükəsi realdır və bəzi ölkələrdə artıq rəsmən elan edilib. Üstəlik, virus mutasiyaya uğrayaraq daha da təhlükəli ola bilər. 

 Bu barədə “Sherg.az”a fikir bildirən keçmiş milllət vəkili, tarix elmləri doktoru Həvva Məmmədova insanlarımıza müraciət edib: 

“Müharibə təkcə ön cəbhədə yox,  bütün beynəlxalq aləmdə gedir. Belə bir şəraitdə bizim hər birimizin üzərinə məsuliyyət düşür. Dövlət başçımız və Birinci vitse-prezident dəfələrlə bu barədə xalqa çağırış edib, narahatlıqlarını bildiriblər.  Vətəndaşların üzərinə düşən isə deyilənlərdən dərs çıxarmaq, karantin qaydalarına uyğun davranmaqdır”.

H.Məmmədova, həmçinin Tovuzdakı erməni təxribatına da toxunub:

“Düşmənin məkrli siyasəti, həmlələri hər kəsə yaxşı məlumdur. Onlar terrorist dövlətdir. Ermənistana müxtəlif yerlərdən, o cümlədən Suriyadan gəliblər yaşayır, muzdla döyüşürlər. Belə bir məqamda biz də özümüzü səngərdə imişik kimi hiss etməli, düşmənə operativ və sərrast cavablar verməliyik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu