İranda koronavirusdan daha 132 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 132 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 18 264 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 125 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 324 692 nəfərə çatıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu