Sumqayıtda motosiklet minik avtomobilinə çırpıldı, yaralı var

Sumqayıtda motosiklet minik avtomobilinə çırpılıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosiklet yol kənarında dayanmış BMW markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və ona yerində təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən yardım göstərilib.
Əraziyə yol polisinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu