Həm sərinlən, həm keflən - Tünd alkoqollu dondurmanın istehsalına icazə verildi


 Nyu-York ştatının qubernatoru tünd alkoqollu içkilər əlavə edilmiş dondurmanın istehsalına icazə verən qanunu imzalayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, iki il əvvəl qubernator Endryu Kuomo pivə və sidrlə dondurma istehsalına icazə verib. İndi bu desertə likör da əlavə etmək olar. Rəsmilər hesab edirlər ki, bu qanun kiçik biznesi stimullaşdıracaq, nyu-yorklu fermerlərə, kraft içki və süd məhsulları istehsalçılarına istehlakçıların tələbatını ödəməyə imkan verəcək.

Qaydalara görə, dondurmada alkoqol 5 faizdən çox ola bilməz. Bu deserti 21 yaşından gənc insanlara satmaq da qadağandır.

Dondurmanın yaradıcıları bildirirlər ki, tünd alkoqol və qaymaqlı dondurmanın birləşməsi improvizasiyaya imkan verən dadların böyük palitrasını yaradır. Likör, pivə və sidrdən əlavə, dondurmanın həmçinin şərab və ağcaqayın burbonu ilə olan variantları da var.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu