İstanbulda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var


İstanbulda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində azı beş nəfər ölüb, 25 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, qəza Marmara magistral yolunun şimalında baş verib. Xəsarət alanlar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onlardan üçü uşaq olmaqla 10 nəfərin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu