Ötən gün Qırğızıstanda koronavirusundan 8 nəfər ölüb


Son 24 saatda Qırğızıstanda koronavirusundan 8 nəfər ölüb və bununla da bu xəstəlikdən vəfat edənlərin sayı 1468 nəfərə çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə koronavirusa 332 nəfər yoluxub və yoluxanların ümumi sayı 39 min 919 nəfər olub.

Qeyd edilir ki, son gündə virusa 10, ümumiyyətlə isə 2948 tibb işçisi yoluxub.

Xəstəxanalarda 7 minə yaxın pasiyent müalicə alır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu