"Qalatasaray" Norveç millisinin ulduzunu heyətinə qatır


"Qalatasaray" Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.

Goal.az xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özü açıqlama verib.

28 yaşlı futbolçu bildirib ki, "Olympiacos"dan "Qalatasaray"la anlaşdığı üçün ayrılıb: ""Olympiacos"dan ayrılmaq çətin idi.

Məni komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma "Qalatasaray"dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".

Omarın tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu