ABŞ "Eurovision" keçirəcək


ABŞ tezliklə "Eurovision" mahnı müsabiqəsini keçirməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, yarışma "Amerika mahnı müsabiqəsi" ("The American Song Contest") adlanır. 

Yarışmanın ilk buraxılışı 2021-ci ilin bayram tətilində keçiriləcək. Müsabiqəyə 50 ştatdan musiqi qrupları, müğənnilər qatılacaq.

Layihənin musiqi prodüseri Ben Silvermən olacaq. Lisenziyalı layihə haqda "Eurovision" rəsmi saytında da yazılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu