"Gələcək Baş naziri olaraq söz verirəm ki, pensiyalar artacaq, dərmanlar ucuzlaşacaq" - Vaşadze


"Mən, bu saxta sistemi yıxmaq və Gürcüstanın dəyərini geri qaytarmaq üçün, baş nazir olacam".

24News.ge xəbər verir ki, bu sözləri "Yeni Gürcüstan" partiyasının lideri, Giorgi Vaşadze təqaüdçülərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, təqaüdçülərin dövlət tərəfindən ciddi qayğıya ehtiyyacları var:

"Biz yaşlılara hörmət etməliyik. Bu bizim cəmiyyətə münasibətimizi göstərir. Siz bütün ömrünüz boyu bizim ölkə üçün işləmisiniz, siz çox çətinliklər keçmisiniz. Ən çox hörmət və təşəkkür sizlərə düşür. Sizin üçün, müvafiq yaşam şərtləri yaradılmalıdır və siz buna layiqsiniz. 8 il əvvəl, yeni hökumət sizə bir çox söz verdi, ancaq sonra bu sözləri unutdular.

Reallıq çox ağırdır, 2013-cü ildə orta pensiya göstəricisi 86 dollar idi, indi isə 69 dollardır. Onlar 220 lari pensiya ilə yaşamağın nə olduğunu bilmirlər. Onlar 40%-lik qiymət artımı olan ərzağı pensiya ilə almağın nə olduğunu bilmirlər. Onlar bununla qaz və işıq pulu ödəməyin nə olduğunu bilmirlər, hansı ki, komunal xərclərin aşağı enəcəyinə söz vermişdilər, əslində isə bu ödənişlər daha da artdı. Onlar birmirlər ki, həyat üçün lazım olan tibbi ləvazimatların qiyməti 74,3% artıb. Onlar bank borcunun nə olduğunu bilmirlər, hansı ki, bu borcları 20% -lə ödəməlisən", - deyə Vaşadze bildirib.

Görüş zamanı, Vaşadze "Liberti Bank" və ölkənin aparıcı əczaxana şəbəkələrindən də danışıb. O, Bidzina İvanişvili və "Gürcü Arzuzu" partiyasına yaxınlıqları ilə seçildiyini bəyan edərək, onları tənqid edib.

Vaşadzenin sözlərinə görə, hazırladıqları "Ağmaşenebeli Srategiyası" ölkənin problemlərinin, həmçinin pensionerlərin qarşılaşdığı çətinliklərin həllinə yönəlib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu