Belarusda seçkilər: Lukaşenko Tixanovskayanı özünə rəqib saymır


Belarusda keçirilən prezident seçkisində 26 ildir ki, prezident vəzifəsini tutan Aleksandr Lukaşenkonun əsas rəqibi müşahidəçilərə görə Svetlana Tixanovskayadır.

Belarus Mərkəsi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 12-də seçicilərin 54 faizdən çoxu səsvermədə iştirak edib. Həm hazırkı prezident, həm də onun əsas rəqibi sayılan Svetlana Tixanovskaya artıq səs veriblər.

Səs verdikdən sonra Aleksandr Lukaşenko jurnalistlər qarşısında çıxış edərək əsas rəqibini və həmçinin müstəqil mətbuatı tənqid edib. Lukaşenko deyib ki, o, Svetlana Tixanovskayanı özünə ciddi rəqib saymır.




"Mən bu insanı əsas rəqib hesab etmirəm, onu siz əsas rəqib sayırsınız. O, səmimi şəkildə etiraf edir ki, hara getdiyini və nə edəcəyini başa düşmür", - RİA Novosti Lukaşenkonun sözlərini iqtibas edib.

Svetlana Tixanovskaya bildirb ki, o, seçkidə qələbə qazanacağı təqdirdə, yarım il ərzində ölkədə alternativ namizədlərin geniş iştirakı ilə yeni prezident seçkisinin keçirilməsinə çalışacaq.



Svetlana Tixanovskaya Minskin şərqində yerləşən məktəblərdən birindəki seçki məntəqəsində səs verib.

Həmin seçki məntəqəsinin qarşısına toplaşmış yüzlərlə tərəfdarı Txanovskaya səs verdikdən sonra onu alqışlarla qarşılayıblar.

Səsvermə günü Belarusda internetə girişlə bağlı problemlərin yarandığı qeydə alınıb.
Bir gün əvvəl bəzi media vasitələri rəsmilərin ölkə ərazisində internetə girişi və mobil telefon rabitəsini tamamilə qapatmaq niyyətində olduqlarını iddia ediblər.
Belarus rəsmiləri isə dövlət strukturlarının vebsaytlarına "xarici kanallardan" həyata keçirilən görünməmiş DDoS hücumların baş verdiyini bildiriblər.(bbc)

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu