ABŞ Dövlət Departamenti Gürcüstanla bağlı Rusiyaya növbəti müraciət ünvanladı

Avropa və Avrasiya məsələləri üzrə, ABŞ Dövlət Departamentinin mətbuat və siyasət idarəçiliyi Gürcüstan barədə növbəti dəfə Rusiyaya çağırış edib.

24News.ge xəbər verir ki, sözügedən bəyanat Departamentin "Tvitter" hesabında yayımlanıb.

Bəyanatda Rusiyadan Gürcüstan ərazilərindəki hərbi texnikanın çıxarılması və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi istənilir:

"12 il əvvəl, Rusiya Gürcüstana daxil oldu. Yüzlərlə insanı öldürdü, minlərlə insanı öz evindən didərgin saldı.

Rusiya bu günədək Gürcüstan ərazilərinin 20%-ni işğalda saxlayır. Rusiyaya müraciət edirik ki, öz ordusunu Gürcüstan ərazisindən çıxarsın və 2008-ci ildə atəşkəs barəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin", - deyə bəyanatda bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu