ABŞ-da koronavirus ilə yoluxma hallarının sayı 5 milyonu keçdi


ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 5 000 603 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.

Hesablamalara əsasən, ümumilikdə ölkədə 162 441 nəfər xəstəliyin fəsadlarından ölüb. 1 643 118 yoluxan şəxs sağalıb. Ən çox yoluxma hadisəsi (555 797 nəfər) Kaliforniya ştatında aşkarlanıb.

Onun ardınca Florida (526,577), Texas (497 900) və Nyu-York (420 345) gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu