Eksitpol: Lukaşenko 79,7% səslə Prezident seçkilərində qalibdir


Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko bu gün Belarusda keçirilən Prezident seçkilərində 79,7% səslə qalib gəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə eksitpolun nəticələri əsasında “MİR” telekanalı məlumat yayıb. 

"Belta.by" xəbər portalında dərc edilmiş xəbərdə əlavə olunub ki, eksitoplun nəticələrinə görə, digər namizədlər - Svetlana Tixanovskaya 6,8%, Anna Kanopatskaya 2,3%, Andrey Dmitriev 1,1%, Sergey ÇereÇen 0.9% səs toplayıb.

Qeyd edək ki, Belarusda prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu