“Azərbaycanda ikinci dalğa payızda ola bilər” – Professor  

“Hələlik isə birinci dalğanın fəsadlarını aradan qaldırmaq barədə düşünməliyik”

"Payızda mövsümi xəstəliyə yoluxma halları müşahidə edildiyindən payızın sonuna kimi karantin qaydalarına əməl edilməlidir”


“COVİD -19” pandemiyası bir sıra  dünya ölkələrində yenidən alovlanıb. Xüsusən də Avropa ölkələrində 2-ci dalğa ilə bağlı xəbərdarlıqlar edilir. Bəzi ölkələrdə hələ də aktiv olan pandemiyaya  qarşı mübarizə tədbirləri davam etsə də,virusun yayılmasına nəzarət edən  ölkələr yeni dalğadan ehtiyatlanır. 
Azərbaycanda  pandemiya dövründə görülən doğru addımların nəticəsində ürəkaçan mənzərə müşahidə olunur. Gündəlik koronavirusa yoluxanların sayı 100-dən aşağı düşüb.

Tibb eksperti , professor Adil Qeybulla da "Sherg.az"a açıqlamasında xəstəxanalara müraciət edən xəstələrin sayının azalması, sağalanların sayının çoxalmasını müsbət dinamika kimi dəyərləndirib:

"Amma evdə müalicə olunanları və qeydiyyatda olmayan xəstələri unutmamalıyıq. Bu mənada karantin rejiminin tədricən  yumşalması başadüşüləndir.  Pandemiya tam məhv olmadığı üçün  rəqəmlərin azalması bizi tam arxayınlaşdırmamalıdır". 

Dünyada alovlanan ikinci dalğanın Azərbaycan üçün nə dərəcə təhlükəli olduğuna gəldikdə isə professor deyib ki, biz ancaq  payız ayı üçün ikinci dalğadan danışa bilərik. Hələlik isə birinci dalğanın fəsadlarını aradan qaldırmaq barədə düşünməliyik: 

"Payızda mövsümi xəstəliyə yoluxma halları da müşahidə edildiyindən insanlar bir müddət karantin davranışları, yəni sosial məsafənin qorunması, maskanın taxılması və əllərin dezinfeksiya edilməsi kimi qaydalara payızın sonuna kimi əməl etməlidirlər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu