Xüsusi təyinatlılar da cəlb edilib ! - “Təhlükə yaranarsa, hərbi əməliyyatlar başlaya bilər”

“Birgə fəaliyyət qabiliyyətimizi təkmilləşdiririk. Bu faktor nəinki iki qardaş dövlət, region üçün vacibdir”

“ Erməni mətbuatı təlimləri təhdid kimi qələmə verməyə çalışır. Halbuki heç bir təhdiddən söhbət gedə bilməz”

“ İşğaldakı torpaqlarımızı azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq bizim haqqımızdır”


Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib. Təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.



Təlimlərə xüsusi təyinatlıların cəlb olunması sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ramil Məmmədli təcrübələrin qarşılıqlı bölüşdürülməsinin hər iki tərəf üçün faydalı olduğunu deyib: 

“İlk növbədə onu deyim ki, xüsusi təyinatlı qüvvələr ordunun əsas qoşun növüdür. Bu qoşun növü zərbə funksiyasını yerinə yetirməklə, hərbi əməliyyatların, xüsusilə lokal savaşların taleyini həll edir.

Zəruri döyüş tapşırıqlarının yerinə yetirilməsində xüsusi təyinatlı qüvvələrin müstəsna rolu var. Bildiyiniz kimi, Türkiyənin quru qoşunları dünyanın ən güclü ordularından biridir.

Odur ki, belə təlimlərin keçirilməsi, təcrübələrin bölüşməsi çox yaxşıdır. Birgə təlimlərdə, o cümlədən də  xüsusi təyinatlıların məşqlərə cəlb edilməsində əsas məqsəd təhlükə yaranacağı təqdirdə hərbi əməliyyatlara başlamaqdır.

Hazırda biz birgə fəaliyyət qabiliyyətimizi təkmilləşdiririk Bu faktor nəinki iki qardaş dövlət, region üçün vacibdir. Erməni mətbuatı təlimləri təhdid kimi qələmə verməyə çalışır.

Halbuki heç bir təhdiddən söhbət gedə bilməz. İşğal altında olan torpaqlarımızı azad etmək məqsədilə hərbi əməliyyatlara başlamaq bizim haqqımızdır. Bundan ötrü ordu rəhbərliyi zəruri işləri görür. Türkiyəli xüsusi təyinatlı hərbçilərin ölkəyə gəlişi də həmin tədbirlərin tərkib hissəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu