“Manata təhlükə realdır” – ŞƏRH 

“Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir”

“Neftin qiymətinin 40, 45 dollardan aşağı olduğunu nəzərə alaraq manatın məzənnəsinin aşağı düşəcəyi də təəccüblü deyil”

“Kursun stabil saxlanılması üçün məmur sahibkarlığının sıradan çıxarılması şərtdir”


İndiki dövrdə vətəndaşlarımızı ən çox narahat edən  məsələlərdən biri də manatın məzənnnəsi ilə bağlıdır. Belə ki, payıza doğru manatın dollar qarşısında tab gətirə bilməyərək, “üzən məzənnə”yə keçməsi ehtimal olunur. İqtisadçılar da bunu istisna etmirlər. Ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında manata olan təhlükəni real hesab etdiyini deyib:

“Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir. Neftin qiymətinin 40, 45 dollardan aşağı olduğunu nəzərə alaraq manatın məzənnəsinin aşağı düşəcəyi də təəccüblü deyil. Kursun stabil saxlanılması üçün məmur sahibkarlığının sıradan çıxarılması şərtdir”.



N.Bəydəmirlinin fikrincə, manatın məzənnəsinə təsir dən yeganə məqam neftin qiyməti deyil:

“Əgər biz adətimiz üzrə səbəbləri görməzdən gəlib nəticəni həll etməyə çalışsaq, heç nəyə nail ola bilməyəcəyik. Təəssüf ki, ölkə iqtisadiyyatında məmur sahibkarlığı dominant mövqedə durur. Bunun qarşısını almaq lazımdır. Neft baha qiymətə satılsa da, gəlir çox azdır. Prezident bu yaxınlarda SOCAR-la bağlı nitqində də həmin məsələyə toxundu. Ona görə prosesə nəzarət edən bir ictimai qurum olmalıdır. Daxili rəqabətli mühit yaradılmalı, xaricdən asılılıq minimuma endirilməlidir. Əks halda manatın məzənnəsinin aşağı düşəcəyindən ən çox əziyyət çəkən  sadə vətəndaşlar olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu