Dənizdə bir nəfər batdı

Abşeron rayonunda bir nəfər dənizdə batıb.
"Sherg.az"Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu