Qazinin təklifinə MÜNASİBƏT: “Bu, əlavə xərc deməkdir”

"Prezident səviyyəsində müvafiq addımlar atılır"

"Ona görə də belə bir komitənin yaradılmasına ehtiyac duyulmur"



“Yeni dövlət komitəsinin yaradılması təklif edilib. Bu barədə Qarabağ qazisi Rey  Kərimoğlu özünün “Facebook” hesabında yazıb: “Şəhid ailələri, qazilər və müharibə veteranları ilə bağlı dövlət komitəsi yaradılmalıdır! Bu insanların qayğıları, çox ciddi problemləri var, illərdir, həll edilməmiş qalır! Belə olmaz! Xahiş edirəm, imkanı, əlaqəsi olanlar Prezidentə təcili çatdırsın!”.

Qarabağ qazisinin fikirləri barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov sözügedən kateqoriyadan olanlara ən yüksək səviyyədə qayğı göstərildiyini deyib:

“Onlar üçün QHT səviyyəsində müxtəlif qurumlar fəaliyyət göstərir, problemlərini həll edir.  Dövlət başçısı şəxsən özü qazilərin qayğıları ilə maraqlanır. Yəni Prezident səviyyəsində müvafiq, lazımi addımlar atılır. Ona görə də belə bir komitənin yaradılmasına ehtiyac duyulmur. Bu, əlavə xərc deməkdir”.

Deputat onu da bildirib ki, zərurət yaranarsa, təklif reallaşa bilər:

 “Əlbəttə, bu, mənim subyektiv fikrimdir. Ən düzünü hökumət başçısı bilir. Ehtiyac varsa, səlahiyyətli şəxslər, idarələr öz işlərini layiqincə görmürlərsə və gələcəkdə problemlər artarsa, təbii ki, dövlət komitəsi yaranmalıdır. Mən bunun əleyhinə deyiləm”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu