Gürcüstandakı iğtişaşda RUSİYA “İZ”İ... 

“Bəzilərinin fikrincə, bu, bölgədə vəziyyətin gərginləşməsinə hesablanıb”

“Hətta üçüncü qüvvənin, o cümlədən Rusiyanın planı olduğu da istisna edilmir”

“Bir qisim isə müxalifət və iqtidar arasındakı münasibətlərin kəskinləşdiyini məhz bu faktla əsaslandırır”



Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. Buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub. Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir. İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub. 

Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib. 



Bu barədə "Sherg.az”a məlumat verən Gürcüstanda yaşayan həmyerlimiz, “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov yerli hökumətin həqiqəti gizlətmək istədiyini bildirib: 

“Yayılan məlumat doğrudur. İğtişaş zamanı bir erməni uşağı öldürülüb. Hazırda iğtişaşı yatırmaq məqsədilə xüsusi qüvvələr hadisə yerinə cəlb olunub. Hakimiyyət məsələni siyasiləşdirmək, bunu müxalifət-iqtidar arasındakı qarşıdurma kimi göstərmək istəmir. Sadəcə iki qrup arasındakı münaqişə olduğunu deyirlər. Ümumiyyətlə, mətbuat bu haqda heç nə yazmır. Əraziyə azərbaycanlılar buraxılmır”.

Müsahibimiz qarşıdurma ilə bağlı müxtəlif iddiaların səsləndiyini qeyd edib:

“Bəzilərinin fikrincə, bu, bölgədə vəziyyətin gərginləşməsinə hesablanıb. Hətta üçüncü qüvvənin, o cümlədən Rusiyanın planı olduğu da istisna edilmir.
Bir qisim isə müxalifət və iqtidar arasındakı münasibətlərin kəskinləşdiyini məhz bu faktla əsaslandırır. Hər halda hələ dəqiq heç nə bilinmir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu