Nəzarətsiz qalan uşaqlar dərmandan zəhərlənib

Ötən ay dərman preparatlarından 14 nəfər zəhərlənib ki, onlardan 2-si uşaq olub.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, 8 nəfər isə dərman mənşəli allergik reaksiyaya görə müraciət edib. İyunda dərman vasitələrindən zəhərlənmə ilə bağlı 9 fakt qeydə alınıb ki, onlardan da ikisi uşaq olub.
A.Maqsudov onu da bildirib ki, zəhərlənmələr və əlavə təsirlər daha çox antibiotik və vitaminlərin düzgün olmayan istifadəsindən yaranır. Onun sözlərinə görə, uşaqlarda baş verən dərman zəhərlənmələri daha çox nəzarətsiz qalan uşaqların dərman qəbulundan yaranır.
Ümumillikdə zəhərlənmələrdən ölüm faktı qeydə alınmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu