Kulturoloq narazıdır: “Yas və toy mərasimlərində dəyişiklik olsun!”

Yeni növ koronavirus- “COVİD-19” dünyaya gəldiyi andan etibarən nə qədər canlar alsa da, həyatımızda müəyyən tənzimləmələr də apardı. Bunlardan ən başlıcası isə kütləvi toplaşmanın qadağan edilməsi ilə əlaqədər israfçılıqla dolu toy və yas mərasimlərinin unudulmasıdır. Bir sözlə, daha təmtəraqlı mərasimlər heç kimin yadına düşmür. Necə deyərlər, hərə öz canının hayındadır. 


 Amma statistikalardan görünür ki, koronavirus yavaş-yavaş bizdən əl çəkmək istəyir. Təki elə olsun, çantasını da yığıb birdəfəlik getsin. Bir də qayıtmasın. Amma biz də bu ağrılı, çətin günlərdən dərs çıxaraq.

 Kultroloq Aydınxan Əbilov “Sherg.az”a açıqlamasında yas və toy mərasimlərində müəyyən dəyişikliklərə ehtiyac olduğunu bildirib: 

“Müxtəlif mərasimlərin müəyyən çərçivə daxilində, məhdudiyyətlərlə keçirilməsi arzuolunandır. Birincisi, ona görə ki, hələ “COVİD-19”un vaksini tapılmayıb və hər hansı kütləvi toplaşma ciddi fəsadlarla nəticələnə bilər.



İkincisi isə gələcəkdə belə pandemiyalar daha tez-tez təkrarlanacaq. Biz buna indidən hazırlıqlı olmalıyıq. Dəfələrlə təklif etmişik ki, yas mərasimində ancaq yaxın qohumlar iştirak etsin.

Toylar isə ənənələrə uyğun olaraq iki dəfə-qız və oğlan toyu olaraq keçirilsin. Bu, mərasim iştirakçılarının sayının iki dəfə azalması deməkdir. Həm də bu dəqiqə toy keçirilməsi də şərt deyil.

İctimai nikah imzalana bilər. Cütlük bir müddət birlikdə yaşasın.   Vəziyyət düzəldikdən və icazə verildikdən sonra toy mərasimi keçirilər”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu