Silikonlar məşhur modelyerdə xərçəng yaratdı

Türkiyəli məşhur maniken-modelyer Ceylan Atınc sinəsinə keçən il taxdırdığı silikonlara görə xərçəng xəstəliyinə tutulub.

“Günaydın” xəbər verir ki, məşhur moda ustası aylar sonra internetdə sinəsinə taxdırdığı silikon markasında problem olduğu və orqanizmdə zərərli hüceyrələr yaratdığı üçün satışdan çıxarıldığı barədə xəbər görüb.

O, silikonlarının araşdırılması üçün yenidən əməliyyat edib. Bundan sonra onun dünyada nadir rast gəlinən B tipli lenfoma xərçənginə tutulduğu məlum olub.

Sözügedən xərçəng növünün silikon protezdən yarandığını nəzərə alaraq modelyerin bu xərçəng hüceyrəsini daşıdığı müəyyənləşib.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu