“Qarabağ” dayaq bloku bir ay ərzində dənizdə quraşdırılacaq - AÇIQLAMA

“Qarabağ” dayaq blokunun hündürlüyü 187 metrdir. Xəzər dənizində ən böyük dayaq blokudur”.
Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ” əməliyyat şirkətinin layihə rəhbəri Ağamalı Qurbanov bildirib.
O qeyd edib ki, dayaq blokunun bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır:
“Dəniz əməliyyatlarında normal hava şəraiti zamanı 260-280 gün lazımdır ki, blok dənizdə quraşdırılsın”.
O qeyd edib ki, blok vasitəsilə yataqdan 21 milyon tondan çox neftin hasil olunması nəzərdə tutulur. Eyni zamanda, yataqdan 13 milyard kubmetrdən çox qazın hasil olunması planlaşdırılır.
“Platformadan altı neft quyusu, üç suvurma və iki sualtı qaz quyusu qazılacaq”, - deyə layihə rəhbəri əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu