“Əmanətçilərin blok olunmuş 62 milyon manatı qaytarılacaq”- Qərar ! 

“Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək”

“Qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq”

“Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir”


“Konstitutusiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib”
“Sherg.az” xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov Feysbuk profilində yazıb.
İqtisadçı-deputat vurğulayıb ki, Konstitutsiya Məhkəməsi blok olunmuş əmanətlər ilə bağlı qərarını elan edib. Qərara əsasan, “təshih tədbiri”nin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir: 

“Aydınlıq üçün qeyd edək ki, “təshih tədbiri” bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur. Yəni müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilib.

Bu o deməkdir ki, Konstitutusiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyirinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Eyni zamanda qərarda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin müqavilə kimi qəbul olunmalıdır”. 

V.Bayramovun sözlərinə görə, əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz: 

“Bu, müflis elan olunan ATAbank ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filialla miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.

Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq.

Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu