Ermənistanda böhran ! - Demoqrafik problem dərinləşir - Əsgər çatışmazlığı...


“Ermənilərin orduda xidmət etmək istəmədikləri və ilk fürsətdə başqa yerə qaçmaq arzuları gün kimi aydındır”

“Belə getsə, Ermənistantan ordusundakı böhranlı vəziyyət yaxın gələcəkdə daha da dərinləşəcək”

“Amma həll yolu da var: Dağlıq Qarabağdakı qoşunları geri çəkib, bundan sonra firəvan yaşaya bilərlər”


Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilən Ermənistan ordusu ciddi əsgər çatışmazlığı ilə üzləşib. Qarabağda müqavilə əsasında xidmət üçün müsabiqə elan olunub. İşğal altındakı torpaqlarda minaaxtaran, snayper, artilleriyaçı, sürücü, pulemyotçu və s. üzrə hərbçilərin qəbulu elan olunub. Yeganə şərt həmin şəxslərin 40 yaşa qədər olmalarıdır.
Əsgər çatışmazlığı Ermənistandakı dərin demoqrafik problemlər – doğumun kəskin azalması və kütləvi mühacirətlə bağlıdır. Bu səbəblərdən ildən-ilə hərbi xidmətə çağırılan şəxslərin sayı azalır.

Ermənistan ordusundakı ağır vəziyyət barədə “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov düşmən ölkədəki durumun daha da pisləşəcəyini istisna etmir: 

“Bu problemlər illərdir ki, mövcuddur.  Sadəcə ermənilər əvvəl məsələni gizlətməyə çalışır, yayılan həqiqi məlumatları təkzib edirdilər. İndi isə bunu bacarmırlar. Ermənilərin orduda xidmət etmək istəmədikləri və ilk fürsətdə başqa yerə qaçmaq arzuları gün kimi aydındır. Təsadüfi deyil ki, son illər miqrasiyaların sayı çoxalıb.

Həmçinin müxtəlif səbəblərdən, o cümlədən tüğyan edən koronavirus xəstəliyindən hərbçilərin kütləvi şəkildə ölməsi əsgər çatışmazlığı ilə nəticələnir. Belə getsə, Ermənistan ordusundakı böhranlı vəziyyət yaxın gələcəkdə daha da dərinləşəcək.

Bunu düşmən mediasında müzakirə olunan məsələlər də sübut edir. Bütün bu problemləri Ermənistan özü öz başına açıb. Amma həll yolu da var: Dağlıq Qarabağdakı qoşunları geri çəkib, bundan sonra firəvan yaşaya bilərlər”.

Ü.Cəfərov, həmçinin bildirib ki, ölkəmiz istənilən an əks-hücuma keçə bilər: 

“Ermənistandakı bu vəziyyət, əlbəttə, Azərbaycana sərf edir. Amma biz bundan asılı deyilik və addımlarımızı Ermənistandakı böhrana uyğun atmırıq. Çünki bu iki dövlətin ordusu, o cümlədən canlı qüvvəsi və texnikası istənilən halda müqayisəyə gəlməzdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu