Tanınmış müğənni aşpazlığa başladı

"Çoxdan yemək, şirniyyat bişirmək qabiliyyətim var idi. Amma işimin çoxluğundan büruzə vermirdim. Pandemiya ərəfəsində boşluq oldu, başladım aşpazlığa".
"Sherg.az" axşam.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Üçümüz" proqramında deyib. Sənətçi əsəbi olanda yemək hazırlamaqla özünü sakitləşdirdiyini deyib:
"Mənim üçün müalicəvi üsuldur. Bununla özümü sakitləşdirirəm. 13 yaşından işləyən insanam, oturmağa öyrəşməmişəm. O qədər çox sevirəm ki, şirniyyat etməyi".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu