Gəncədə maşınla motosiklet toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu