Akademik xalqa SƏSLƏNDİ: “Ciddi şəkildə məsuliyyətli olmaq lazımdır”

“Hər kəs ilk növbədə özünü və yaxınlarını qorumalıdır”

Həftə sonları çimərliklərdə ciddi sıxlıq müşahidə olunur. Bu da yoluxma təhlükəsini artırır. Məlumdur ki, çimərliklər vətəndaşları qaydalara və kvotalara uyğun qəbul edirlər. Orada təmizlik təmin olunur, təhlükəsizlik tədbirləri həyata keçirilir.

Amma sakinlərin əksəriyyəti “çimerlik.az” saytına müraciət etmədən çimərliklərə üz tuturlar. Bu da sıxlıq və təhlükə yaradır. Bakıda kifayət qədər çimərlik var. Sıxlıq olduğu halda vətəndaşların daha az adam olan çimərliklərə üz tutması təhlükəsizdir.

Vəziyyəti dəyərləndirən akademik, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, sabiq millət vəkili Gövhər Baxşəliyeva  “Sherg.az”a bildirib ki, ilk növbədə vətəndaşlarımızın özləri məsuliyyətli olmalıdırlar:

“Onlar nə özlərini, nə də ətraflarını təhlükəyə atmalıdırlar.  Birinci şərt budur. Təəssüflənirəm ki, vətəndaşlar nə maska taxmaq istəyirlər, nə də sosial məsafəni gözləyirlər. Halbuki ciddi şəkildə məsuliyyətli olmaq lazımdır. Hər kəs ilk növbədə özünü və yaxınlarını qorumalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu