Rayonda karantinə əməl etməyənlər cərimələndi

Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkədə elan edilmiş karantin rejimi qaydalarına riayət edilməsi isiqamətində nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, keçirilən reydlər zamanı tibbi maska və əlcəkdən istifadə etməyən satıcılar, müştərilər, sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir.
Qaydalara əməl etməyən 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu