Sinə böyütmə əməliyyatı ölümlə nəticələnir ! – Silikon xərçəng yaradır? !

“Silikonların-biopolimerlərin duru halda təmiz toxumaya vurulması qadağandır”

“Amma kosmetoloqlar isə bunu icra edir”

Bu gün dünya miqyasında ən çox həyata keçirilən estetik cərrahi müdaxilələrdən biri də  sinə böyütmə əməliyyatlarıdır. Bu əməliyyat sinəyə yerləşdirilən silikon əsaslı protezlərlə həyata keçirilir. Belə prosedurlar nə qədər çox keçirilsə də, sinəyə qoyulan silikonların zərərli olub-olmaması mübahisə doğurur. Son illər silikon taxdıran qadınlar arasında xərçəng xəstəliyinin geniş yayılması müşahidə olunur.

Türkiyəli məşhur maniken-modelyer Ceylan Atınc sinəsinə keçən il taxdırdığı silikonlara görə xərçəng xəstəliyinə tutulub. Məşhur moda ustasının dünyada nadir rast gəlinən “B” tipli lenfoma xərçənginə tutulduğu məlum olub. Sözügedən xərçəng növünün silikon protezdən yarandığını nəzərə alaraq modelyerin bu xərçəng hüceyrəsini daşıdığı müəyyənləşib.

Silikonların bir çox fəsadlar törətməsinə baxmayaraq bu əməliyyata üz tutan xanımların sayı azalmaq bilmir. Bu prosedur yalnız xərçəng xəstəliyi deyil, orqanizmdə başqa fəsadlara da yol açır.



Tibb elmləri doktoru, həkim-professor Adil Qeybulla “Sherg.az”a bildirib ki, dünyanın heç bir ölkəsində, xüsusilə Amerikada silikon implantların tətbiqi qadağan edilməyib. Professor qeyd edib ki, FİA adlı təşkilat silikonların tətbiqinə icazə verir. Amma silikonlar bu təşkilat tərəfindən qeydiyyata alınmayıb:

“Amerikada bu əməliyyatlar həyata keçirilib, silikon implantlar istehsal olunsa da, qeydiyyata alınmayıb. İmplantın xərçəng xəstəliyi törətməsinin heç bir elmi sübutu yoxdur. İmplantlar hazırlanıb bədənə yeridilir və bədəndə qalır. Biz bu əməliyyatları edib baxmışıq, sonra da çıxarmışıq”. 

A.Qeybulla qeyd edib ki, silikonların-biopolimerlərin duru halda təmiz toxumaya vurulması qadağandır:

“Kosmetoloqlar isə bunu icra edir. Amma təmiz toxumaya biopolimerlərin vurulması praktikası dünyada yoxdur, buna icazə verilməyib. Silikon implantların doldurucu effekti ilə bağlı tətbiqinə dair hələlik əməliyyatlar gedir. Bununla bağlı ciddi hallar yoxdur. Belə hallar olsaydı, Dünya Səhiyyə Təşkilatı (DST)müvafiq işlər görərdi”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu