Virus daim mutasiyaya uğrayır

Vaksinin oktyabrda əlçatan olacağı inandırıcı deyil

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin 60 faizə qədərini qripə qarşı vaksinləşdirməyin maliyyələşdirilməsini təmin etmək barədə hökumətə tapşırıq verib. Putin risk qruplarında əhalinin 75 faizə qədərini vaksinləşdirilməsini tələb edir. Prezident növbədənkənar dispanserləşdirmə və qripə qarşı vaksinləşdirmənin pulsuz aparılmasını tapşırıb.

Bundan əlavə, tibbi müayinə və vaksinləşdirmə üçün məsafədən növbəyə yazılmaq imkanı təmin edilməli, zəruri hallarda insanların vaksinləşdirmə yerinə çatdırılması təşkil olunmalıdır.

Səhiyyə naziri Mixail Muraşko bəyan edib ki, N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində yaradılmış vaksini ilk növbədə həkimlər və müəllimlər alacaq. Yeni vaksin oktyabr ayında bütün rusiyalılar üçün əl çatan olacaq.

“Vektor” Dövlət Virusologiya və Biotexnologiya mərkəzində də vaksin hazırlanır. Bu mərkəz koronavirusa qarşı vaksinin istehsalına noyabr ayında başlamağı planlaşdırır.



Rusiyanın Səhiyyə nazirinin iddiasını “Şərq”ə dəyərləndirən həkim neyrocərrah Elşən Əhmədli vaksinin oktyabrda əl çatan olacağını inandırıcı hesab etmir:

“Həkim kimi işlədiyim müddət ərzində “COVİD19”la bağlı bir çox araşdırma aparmışam. Araşdırmalarıma əsasən, deyə bilərəm ki, vaksinin oktyabr ayında əl çatan olması elə də inandırıcı deyil. Çünki virus daim mutasiyaya uğrayır, yəni öz formasını dəyişir. Standart vaksinlə bunu nəzarət altında saxlamaq çətindir. Sadəcə müəyyən vaxtdan sonra virusun mutasiya ilə əlaqədar virulentliyi azalacaq. Adi standart gigiyenik qaydalara əməl etsək, həyat o zaman öz axarına dönəcək. Fikrimcə, ən azı 1 il müddətində bütün fəsillərdə yoluxma ilə bağlı araşdırılmalar aparılacaq və yekunda doğru vaksin tapılacaq.”

Həkim neyrocərrah vaksinin ilk növbədə həkimlərin və müəllimlərin alacağı fikrinə münasibətini belə şərh edib: “ İlk olaraq vaksin heyvanlar üzərində təyin olunur. Daha sonra isə könüllülər arasında həyata keçirilir.

Bütün bunlar özünü doğruldursa, əhali arasında aparılır. Fikrimcə, bu məsələ də könüllülüyün olması əsas şərtdir. Qeyd edim ki, virus hər hansı qan damar problemi və xroniki xəstəlikləri olan insanlar üçün qorxuludur. İlk öncə yuxarı tənəffüs yollarında , daha sonra aşağı tənəffüs yollarına daxil olur. Ağciyərlərə daxil olduqdan sonra müəyyən iltihabi ocaq yaradır.

O da burada durğunluğa səbəb olur. Damar keçiriciliyi pozulduğu üçün hüceyrəarası sahəyə nüfuz edir və burada “buzlu şüşə mənzərəsi” yaradır. Biz xəstələrə antivral antibakterial və siptomatik yardım göstəririk. Amma ağciyər toxumaları zədələndiyi üçün qazlar mübadiləsi pozulur və nəticədə oksigenin qanda faizi aşağı düşür.

Belə xəstələr sağalma ilə müşayiət olunur. Amma bu virus qan dövranına keçərək damarların divarında olan angiotenzin-2 ilə birləşir. Bu da tromb əmələ gətirmə faktorlardan olduğundan belə xəstələrdə tromboza səbəb olur.

Belə xəstələrdə profilaktik yardım olaraq qan durulduculardan istifadə edirik. Amma müəyyən ürəyin işemik xəstəliklərində, eləcə də beyin qan dövranı pozuntusu, xroniki böyrək çatışmazlığında qaraciyər problemi olan xəstələrdə digər orqanlarda problemi olan xəstələrdə ciddi fəsadlara yol açır, hətta ölümlə nəticələnir.

Yekunda bunların baş verməməsi üçün bu pandemiya yekunlaşması üçün bütün fəsillər izləniləcək. Hər şey nəzərə alınmaqla şərtilə, müəyyən sınaqlardan sonra vaksinasiya baş verə bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu