Karantini pozub yas mərasimi keçirənlər cərimələndi

Neftçala rayon Polis Şöbəsinə şəhər ərazisində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 17 nəfər Polis Şöbəsinə gətirilib.
Onlardan 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, 4 nəfərə isə xəbərdarlıq edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu