“Pandemiyaya qarşı tədbirləri gücləndirməliyik” - İkinci dalğa ehtimalı!

“Vətəndaşların diqqətli olması lazımdır. Əhali məsuliyyətli olmalı, özünü və yaxınlarını qorumalıdır”


Bəzi ölkələrdə karantin rejimində yenidən sərtləşmə müşahidə edilir. Məlumdur ki, avqustun 5-dən ölkəmizdə karantin qaydaları yumşaldıldı. Çimərliklər müəyyən şərtlərlə vətəndaşların üzünə açıldı, müəyyən obyektlər, satış mərkəzlərinin də fəaliyyətinə icazə verildi. Lakin bəzi ölkələrdə virsun ikinci dalğası gözlənilir. Ona görə də vətəndaşların maksimum diqqətli və məsuliyyətli olması vacibdir.

Karantin qaydalarının yumşaldılmasından sui-istifadə yenidən vəziyyətin kəskinləşməsi ilə nəticələnə bilər. Hazırda Türkiyədə qaydaların sərtləşməsi müşahidə edilir. Eyni zamanda Ukraynada da karantinlə bağlı ciddi qaydalar tətbiq olunur. Qonşu Gürcüstanda isə yoluxanların sayı artmaqdadır.Bundan başqa Fransa, İngiltərə, Almaniya və Estoniyada virusun ikinci dalğası gözlənilir. 

Millət vəkili Soltan Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, koronavirusla bağlı görülən tədbirlər gündəmdən düşmür. 
Parlament üzvü vurğulayıb ki, ölkəmizdə bu istiqamətdə bütün qüvvələr səfərbər olub:

“Səhiyyəmizin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Koronavirusla effektiv mübarizə üçün tədbirlər həyata keçirilir. Lakin o demək deyil ki, koronavirusa qalib gəlmişik. Pandemiya ilə ciddi mübarizə hələ də davam edir.

Artıq bir çox ölkədə virusun ikinci dalğası gözlənilir, karantin rejimi sərtləşdirilir. Ona görə də ölkəmizdə görülən tədbirləri gücləndirməliyik. Vətəndaşların diqqətli olması lazımdır. Əhali məsuliyyətli olmalı, özünü və yaxınlarını qorumalıdır”.

Deputat qeyd edib ki, koronavirusla mübarizə hələ bitməyib:

“Azərbaycanda dövlət qurumları tərəfindən görülən işlər yüksək qiymətləndirilməlidir. Bunun üçün vətəndaşlar məsuliyyətli olmalıdır. Bu günə qədər görülən tədbirlərin geridə qaldığını düşünmək olmaz. Çünki virusla mübarizə davam edir. Effektiv nəticələr əldə edib virusa qalib gəlmək istəyiriksə, qaydalara əməl etməliyik”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu