Londonda yaşayan dünya çempionundan soydaşlarımıza MÜRACİƏT

İngiltərədə yaşayan dünya və Avropa çempionu Hafiz Baxşəliyev xaricdəki həmyerlilərmizə müraciət edib.
"Sherg.az" xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Müraciətdə deyilir: 
"Qürbətdə yaşayan Azərbaycanlılardan xahiş edirik! Pandemiya ilə bağlı çətin günlərdə həmyerlilərimizin bizneslərini ayaqda tutmaq üçün imkan daxilində dəstək olaq. Heç olmasa həftədə, ayda bir dəfə öz restoran, kafelərimizdə nahar, şam etsinlər. Hər bir obyekt kiçik bir cəmiyyət deməkdir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu