Arxayınlaşmaq olmaz ! - “Dənizdəki sıxlıq həyəcan təbilinə rəvac verir!”

“Koronavirusa yoluxmanın azaldılması, ümumiyyətlə, xəstəliyin coğrafiyasının genişlənməməsi üçün tətbiq olunan qaydalar o qədər də çətin deyil- Məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, sağlamlığımızı qorumaq istəyiriksə, bu tələblərə yüksək səviyyədə əməl etməliyik: 

“Sevindirici haldır ki, artıq son günlər yoluxanların sayında azalmalar davamlı xarakter alıb. Sayın ikirəqəmli ədədlə ifadə olunması yenə də arxayınlıq yaratmamalı, tələb olunan qaydalar arasında sosial məsafənin gözlənilməsini önə çəkməlidir. Bu baxımdan ki, hazırda çimərlik mövsümüdür, insanların bu ərazilərdə daha çoxluq təşkil edir. Mövcud sıxlıq həyacan təbilinin çalınmasına rəvac verməyə bilməz”.

“Koronavirus” adlı qorxulu hekayənin geridə qalacağı günün gələcəyini deyən V.Rəhimzadə bildirib ki, məsuliyyət hissini artırmaqla virusa qalib gəlmək mümkündür:



“Cənab Prezidentin dediyi kimi karantin rejimi hamını yorub. Çünki bu, elə bir bəla, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. 

Mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır.

Kompleks tədbirlərin həyata keçirilməsi fonunda həm sağlamlığımızı təmin edər, həm də koronavirsun iqtisadiyyata vurduğu ziyanları aradan qaldırmaq üçün yeni inkişaf modelini tətbiq etməklə uğurlu nəticələrə nail ola bilərik. İlk gündən ölkəmizdə heç bir sosial layihənin təxirə salınmaması, insanların rahatlığının təmin edilməsi üçün biri-birindən önəmli addımların atılması diqqətdən kənarda qalmadı.

Bu, Azərbaycanın möhkəm iqtisadi bazaya malik olmasının, ən əsası, iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasının göstəricisidir. Hər bir çətinlikdən uğurla çıxan Azərbaycanın COVID-19-a da qalib gələcəyi barədə səslənən fikirlər dövlətimizin uğurlu siyasətinə, ən əsası insan amilinə yüksək dəyər verməsinə əsaslanır.”

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu