ABŞ COVID-19 peyvəndindən 100 milyon ədəd sifariş etdi


ABŞ hökuməti "Moderna" biotexnologiya firması ilə COVID-19 peyvəndinin istehsalı ilə bağlı razılaşma əldə edib.

"Sherg.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil olunan mətbuat konfransında danışıb.

"Moderna" ilə 100 milyon ədəd COVID-19 peyvəndinin istehsalı və təhvili mövzusunda razılaşdığımızı elan etməkdən məmnunam", - prezident deyib.

O, hökumətin COVID-19 peyvəndi istehsalı üçün dərman istehsalçısı olan firmalarla daha əvvəl bağladığı müqavilələri xatırladıb və 3 peyvənd namizədinin 3-cü mərhələ testlərdən keçirilməkdə olduğunu qeyd edib.

"Moderna"dan verilən açıqlamada "mRNA-1273" peyvəndinin istehsalı üçün 1,5 milyard dollar büdcə tələb olunduğu vurğulanıb. ABŞ hökuməti bu razılaşma çərçivəsində əlavə 400 milyon ədəd peyvənd sifariş verə bilər.

Şirkətin peyvənd üzərində işləri üçün hökumət daha əvvəl 955 milyon dollar sərmayə qoyub. Son razılaşma ilə bu məbləğ 2,48 milyarda çatıb. (publika.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu