102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı


Yeni Zelandiyada uzun müddətdən sonra yenidən koronavirus aşkarlanıb.

“Haber Global” məlumat verir ki, ölkənin Baş naziri Casinda Ardern 102 gün sonra ilk dəfə dörd nəfərdə koronavirusa yoluxduğunu deyib.

Virusa yoluxan dörd nəfərin hamısı eyni ailənin üzvləridir və Yeni Zelandiyadan kənara çıxmayıblar.

Virusun aşkarlandığı Oklend şəhərində qadağalar yenidən tətbiq olunmağa başlayacaq.

Yeni məhdudiyyətlərə əsasən, bəzi müəssisələr, o cümlədən restoranlar və zəruri olmayan mağazalar bağlanacaq. İnsanlara evlərini yalnız ərzaq alış-verişi kimi əsas ehtiyaclarını ödəmək üçün tərk etməyə icazə veriləcək.

Məktəblərdə təhsilin üç gün müddətinə dayandırılacağı bildirilib.

Fevralın 28-də virusa ilk yoluxma hadisəsi qeydə alınandan sonra ölkə daxilində aparılan 494 481 testin nəticələrinə görə, COVID-19 diaqnozu qoyulan 1 569 nəfərdən 1 524-ü sağlalıb, 22-si ölüb.

Rəsmi məlumatlara görə, ölkədə aktiv olan 23 yoluxma hadisənin hamısı xaricdən qayıdanlarda müşahidə edilib. Xəstəxanalarında koronavirusdan müalicə alanların olmadığı ölkədə bütün aktiv xəstələr hotellərdə karantində saxlanılır.

Son məlumatlara görə, 5 milyon 11 min əhalisi olan ölkədə cəmiyyətdə sonuncu dəfə 102 gün əvvəl, mayın 1-də koronavirusa yoluxma halı qeydə alınıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu