Kənddə karantin rejimini pozan kafe aşkarlandı

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli fəaliyyət göstərən kafe aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Sherg.az"a verilən məlumata görə, obyekt sahibi və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu