Burası əyləncə yeri deyil, cənab!

Çimərliklərdə kafelər bəzən insanlara təhlükə yaradır

“Dünyanın bir çox ölkələrində, xüsusilə də Azərbaycanda insanların təhlükəsizliklərinin qorunması ən aktual məsələlərdir. İctimai asayişin qorunması bütün dövlət orqanlarımız tərəfindən yüksək səviyyədə həyata keçirilir. Xüsusilə də, çimərliklərdə”. Bu sözləri “Şərq”ə açıqlamasında ekspert Azər Allahverənov deyib. O hesab edir ki, pandemiya şəraitində belə məsələlərin diqqətdə saxlanılması çox vacibdir: “Məlumdur ki, çimərliklər müxtəlif cür yoluxucu xəstəliklərin ən çox yayıldığı məkandır.

Yay aylarında buranın təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılmalıdır. Burada təhlükəli əraziləri müəyyənləşdirən süni sədlər mütləq olmalıdır. Çünki çimərliklər varsa, həmişə təhlükəli əraziləri keçmək niyyətində olan vətəndaşlar da olacaq. Bu əvvəllər də olub, həmişə də belə olacaq. İnsanlar təhlükəsizlik məsələlərində maarifləndirilməlidirlər.

Onlara təhlükəli ərazilər aydın şəkildə izah edilməlidir. Çox zaman onlar bilməyərəkdən özləri təhlükəli zonaya daxil olurlar və nəticədə boğulma faktları qeydə alınır”.

Ekspert boğulma faktları ilə bağlı başqa bir məsələyə diqqət çəkib:

“Çimərliklərdə olduğum zaman bir çox hadisələrin şahidi olmuşam. Fikir vermişəm ki, suyun üzərində olan katerlər insanların çimdiyi yerlərə daxil olurlar və bilərəkdən təhlükəli vəziyyət yaradırlar. Bunlara sosial bir vəziyyət, hansısa bir hadisənin qarşısı alınarkən ehtiyac duyulur. Kimsə bunu əyləncə xarakteri məqsədilə edirsə, bu kimi hallar yolverilməzdir.

Nəticə etibarilə onlar vətəndaşları təhlükəyə atırlar. Hesab edirəm ki, bu məsələlər konseptual məsələlərdir. Habelə, təhlükəsizlik nişanlarının bir çox çimərliklərdə olmaması, olsa belə insanların nişanlara laqeyd münasibəti bu kimi hadisələrin baş verməsinə təsir edir.

Düşünürəm ki, vətəndaşlar çimərliklərə buraxılmamışdan öncə onlar arasında maarifləndirici təbliğatlar həyata keçirilsin. Elə insanlar var ki, üzmə qabiliyyətinə güvənərək, bilərəkdən qoyulan tələbləri ciddi şəkildə pozur ki, sonda da bu cür xoşagəlməz hadisələr yaşanır”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu