Ermənistanda daha 3 nəfər koronavirusdan öldü

Ermənistanda son sutkada daha 229 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 023 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 3 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 809 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 33 897 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu