“Seyroloji testlər antivirus tətbiqinə hazırlıqdır”

Azərbaycanda seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir.
Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılaraq analizdən keçiriləcək Mütəxəssislər analiz nəticələrinin tibbi və statistik təhlilini aparacaq. Yekun nəticələr barədə ictimaiyyat məlumatlandırılacaqdır. Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.

 

Seroloji testlərin keçirilməsi barədə “Sherg.az” tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bunu vaksinasiya mərhələsinə hazırlıq hesab etdiyini deyib: 

“Düşünürəm ki, seroloji testlər antivirus tətbiqinə hazırlıqdır. Çünki peyvəndlər heç də hər zaman arzuolunan nəticəni vermir. Orqanizmdən asılı olaraq vaksin xüsusilə uşaqlarda halsızlıq, mədə-bağırsaq pozğunluğu, hətta ölümə səbəb ola bilir.

Biz hətta bələd olduğumuz xəstəliklərinin peyvəndinə də tam arxayın deyilik nəinki koronavirus peyvəndinə... Yəni bu, kifayət qədər ciddi məsələdir. Kütləvi testlərin məhz indiki çətin şəraitdə-pandemiya dövründə başlanması bir daha onu deməyə əsas verir ki, bu, vaksinasiya üçün bir tramplindir. Beləliklə, necə deyərlər, qaş düzəldərkən göz çıxarmamaqdan ötrü insanların reaksiyası öyrəniləcək, baş verə biləcək ehtimallar nəzərə alınacaq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu