Putinə zəngin PƏRDƏARXASI – “Proseslərin hərbi sferaya keçməsi tam realdır”


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı V.Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin törətdiyi təxribat barədə məlumat verib. Bundan başqa, Azərbaycan lideri Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb.

Prezident, həmçinin Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib. Telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Məlum telefon zənginin pərdəarxası məqamları ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfqarovun fikirlərini öyrəndik. 

T.Zülfüqarovun “Sherg.az”a müsahibəsini təqdim edirik. 

-Bu zəngi necə qiymətləndirirsiniz və sözügedən danışıq hansı zərurətdən doğdu? 

- Əlbəttə, maraqlı hadisədir. Bəzən siyasi liderlər arasında reallaşan belə olaylar gələcək əlaqələrə təsir göstərir. Hər halda tərəflər arasındakı münasibət bundan sonra bu və ya digər formada dəyişəcək. 

- Zəngin məqsədi nə idi? 

- Məqsəd Rusiyanın Ermənistana silah satması məsələsinə  aydınlıq gətirmək idi. Bu addım Rusiyanın indiyə kimi verdiyi bəyanatlarına ziddir. Yəqin ki, yaxın zamanda dəqiq açıqlamalar olacaq və ictimaiyyətə məlumat veriləcək. Ancaq qaranlıq məqamlar da az deyil. 

 - Nə kimi qaranlıq məqamlar ola bilər?

- Hədəf Azərbaycan cəmiyyətidir. Tovuz döyüşləri zamanı xalqımızın həmrəyliyi düşmənləri qorxudub. Düzdür, yürüş zamanı təxribatçı ünsürlər oldu. Fəqət biz bütün dünyaya ismarıc verdik.  

- Qəribədir, bu zəng məhz Türkiyə generalitetinin Azərbayacana gəldiyi gün baş verdi...

- Əlbəttə, təsadüf deyil və hadisər arasında əlaqə var. Ən azından ona görə ki, motivlər eynidir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın güclənməsi göz qabağındadır. Sözsüz ki, bu, bizi istəməyənləri narahat edir. 

- Məlumatda Rusiya silahlarının Qazaxıstan, Türkmənistan və İranın hava məkanı ilə göndərildiyi göstərilir...

- Şübhəsiz ki, narazılığımızı və silahların Azərbaycana qarşı istifadə olunması ehtimalına dair narahatlığımızı bildirməliyik. 

- Baş verən son hadisələrin fonunda müharibə ehtimalını necə qiymətləndirirsiniz?

- 2016-cı il hərbi əməliyyatlarından fərqli olaraq  Minsk qurupu, bu dəfə demək olar, danışıqlar aparmadı. Bu, onu göstərir ki, münaqişənin siyasi yolla perspektivi görünmür. Ermənistanın işğalçılıq mövqeyi danışıqlara yer qoymur. Dövlət başçımız Paşinyanın yeddi şərti qarşısında bir şərt qoyub: “Dağlıq Qarabağdan erməni qoşunları çıxarılmalıdır".  Düzdür, proseslər hələ ki, siyasi müstəvidə davam edir, lakin hərbi sferaya keçməsi də tam realdır.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu