BP Azərbaycandan gedir? - İlham Şabandan izah    

"Bu şirkətin Azərbaycandakı fəaliyyətini dayandırmasına səbəb olacaq əsas yoxdur"


Dünyaca məşhur “Röyters” informasiya agentliyi BP şirkətinin fəaliyyəti bağlı yazı dərc edib. Məqalədə göstərilir ki, hindistanlı ekspertlərdən biri BP-nin gələcəkdə bəzi ölkələrdən çıxacağı barədə proqnoz verib. Bu, sosial şəbəkələrdə geniş müzakirə olunub və ajotaj yaradıb. 

 Məsələ haqda fikirlərini “Sherg.az”la bölüşən Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban Azərbaycan üçün hansısa təhlükənin olmadığını bildirib:

“Bu, həqiqət deyil. Həmin fikir konteksdən çıxarılıb. BP-nin nə rəhbərliyində, nə strategiyasında, nə ölkəmizlə münasibətlərində onun Azərbaycandakı fəaliyyətini dayandırmasına səbəb olacaq əsas yoxdur.

Sadəcə “Röyters”dəki məqaləni diqqətlə oxumaq lazımdır. Materialda 2030-cu il üçün “karbonsuz enerji” strategiyasından bəhs olunur.

Sonda hindistanlı bir ekspert deyib ki, həmin vaxt BP dörd ölkədən gedə bilər. Amma bu, sadəcə proqnozdur. Məgər mənim “X” adlı bir KİV-ə proqnoz verməyim, onun mütləq gerçəkləşəcəyi deməkdir?!”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu