Neftin qiymətinə dair PROQNOZ: “40 dollardan aşağı düşəcəyi…”

“İyundan etibarən bu göstərici 40 dollardan yuxarıdır. Hətta arada 45 dollar da oldu”

“Yaxın aylarda da aşağı-yuxarı belə olacaq. Neftin indiki qiyməti tələb üçün normaldır”

London birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 45,32 dollar təşkil edir.
“İnterfaks” bu barədə avqustun 13-nə olan satış məlumatlarına əsasən xəbər verib.
Nyu-Yorkun əmtəə birjasında WTI markalı neftin bir barelinin dəyəri 0,23 faiz azalaraq, 42,57 dollar təşkil edib.

Qara qızılın qiymətinin yenidən aşağı düşməsi barədə “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban buna təsir edən səbəbləri açıqlayıb: 

“ABŞ-da neft ehtiyatları azalır. Adətən belə olanda ABŞ  müxtəlif addımlarla neftin qiymətini artırırdı. Lakin COVİD-19 pandemiyası Amerikaya, xüsusilə onun iki böyük ştatına-Florida və Kaliforniyaya gediş-gəlişi xeyli azaldıb. Məhz bu məqam neftin qiymətinin ucuzlaşması ilə nəticələnib”. 

İ.Şaban, həmçinin gələcək aylar üçün proqnozunu da verib:

“Bazar qızışdıran elementlər olsa, qiymət artacaq. Amma istənilən halda qiymətin 40 dollardan aşağı düşəcəyini gözləmirəm. İyundan etibarən bu göstərici 40 dollardan yuxarıdır. Hətta arada 45 dollar da oldu. Yaxın aylarda da aşağı-yuxarı belə olacaq. Neftin indiki qiyməti tələb üçün normaldır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu