Qardaşımız yanımızdadır ! - “Türkiyə bizi sonadək dəstəkləyir”

Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib. Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

 Tərəflər arasında vacib məsələlər müzakirə olunub. 

Türkiyə generalitenin Azərbaycana səfəri barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bunu iki dövlət arasında əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib:
“Bizim qardaş Türkiyə ilə əməkdaşlığımız “iki dövlət, bir millət” düsturu üzrə davam edir. Biz bütün sahələrdə, o cümlədən hərbi və təhlükəsizlik məsələlərində səmimi tərəfdaşıq. Türkiyənin xarici işlər naziri də, müdafiə naziri də bildirib ki, istənilən məsələdə Azərbaycanın yanındadır. Qardaşlarımız bizi sonadək dəstəkləyirlər. Biz birlikdə bütün dünyanın marağına səbəb olacaq layihələr həyata keçiririk. Bizim strategiyamız dünya üçün mühüm əhəmiyyət kəsb edir”. 

Deputat, həmçinin iki qardaş dövlət arasında hərbi təlimlər barədə də danışıb: 

“İlk növbədə onu deyim ki, dünyanın çox nüfuzlu güc mərkəzləri var. Onlar bölgədə vəziyyəti gərginləşdirənlərə qarşı Azərbaycan və Türkiyə ilə birlikdə müqavimət göstərirlər. Biz əmin-amanlığın, regionda stabilliyin tərəfdarıyıq. Hərbi əməliyyatlarımız hansısa üçüncü tərəfə güc nümayiş etdirmək üçün deyil. Biz dünyada sülh və stabilliyi qorumağa qadir olduğumuzu göstəririk. Bunu bütün terror təşkilatları bilməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu