Seroloji testlər də sübut etdi: “Vətəndaşların sağlamlığı prioritetdir” 

Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi virusla mübarizə strategiyasının vacib bir parçasıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən mühüm addımlar atılır.  
Testlərin aparılmasında əsas məqsəd əhali arasında “COVID-19” xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsini öyrənməkdir.

Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir.

Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinin bütün dünyada geniş vüsət aldığını deyən millət vəkili Cavid Osmanov “Sherg.az”a bildirib ki, seroloji testlərin keçirilməsi pandemiyaya qarşı mübarizə tədbilərinin vacib tərkib hissəsidir:

“Xəstəliyə yoluxub sağalan insanların immunitetinin səviyyəsini öyrənmək mümkün olacaq. Bu da çox vacib məsələdir. Dövlətimiz virusa yoluxan vətəndaşlar sağaldıqdan sonra da onların immunitetinin hansı durumda olması, nəticələrin öyrənilməsi istiqamətində işlər görür”.

Parlament üzvü bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə seroloji testlərin keçirilməsinə başlanılmayıb:

“Bu, bir daha onu göstərir ki, cənab Prezidentin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə də gələcək baxımından koronavirusa yoluxmuş insanların müalicəsinin aparılması vacib məqamdır. Dövlətimiz güclü olduğunu bir daha göstərdi.

Aparılan siyasətin mərkəzində vətəndaşların sağlamlığı dayanır. Təkcə virusa yoluxma halları deyil, hər bir vətəndaşımızın taleyi dövlətin diqqətindədir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu