Düşmən azğınlaşıb! - “İndi Azərbaycan əsgəri sözünü deməlidir”

“Təcrübə göstərir ki, heç bir danışıq, bəyanat nəticə vermir”

“Həm də Rusiya Azərbaycan torpaqlarını müharibə yolu ilə alıb Ermənistana veribsə, bizim də yeganə variantımız hərbi əməliyyatlardır”


Ermənistan KİV-ində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb. Bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. Biz belə təxribatların dəfələrlə şahidi olmuşuq. Bir müddət öncə Şuşanın Yuxarı Gövhər Ağa Məscidinin arxitekturasının təhrif edilərək “İran məscidi”, rus kilsəsinin təhrif olunaraq “erməni kilsəsi” kimi qələmə verilməsi də bu qəbildən olan təxribatlardan idi. Bundan başqa, Ermənistan rəhbərliyi bir neçə ay əvvəl Şuşada qondarma “inaqurasiya” şousu təşkil etmişdi.
Mütəmadi xarakter almış belə addımlar münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmir və beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.

 Düşmənin növbəti məkrli siyasəti barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədovun sözlərinə görə, Ermənistan havadarlarına arxalanıb belə “at oynadır”: 


“Ermənistan təxribatlarından əl çəkmək istəmir. Əksinə, düşmən havadarlarına arxayın olub daha da azğınlaşır və bizə sayğısızlıq edir. Onsuz da ermənilər otuz ildir, mənliyimizə toxunurlar və yenə də “meydan sulamaqda” davam edirlər. Dünyaya pərpətöyün toxumu kimi səpələnmiş ermənilərə dövlət quran, XX əsrdə Azərbaycan torpaqlarını işğal edib onlara verən rusların indi də düşmənlərimizə 400 tondan artıq silah göndərdiyi bir vaxtda bu təxribatın həyata keçirilməsi təsadüfdürmü? Əlbəttə, yox. Ermənilər arxalı köpək olduqlarını bir daha sübut edirlər. İnanıram, tarixin elə bir mərhələsi gələcək ki, birinci dünya müharibəsində olduğu kimi, Rusiyada növbəti dəfə vətəndaş müharibəsi başlanacaq, oktyabr inqilabı təkrarlanacaq və Ermənistan yenə ayaq altında qalacaq”. 

E.Məmmədovun fikrincə, bütün bu fitnəkarlıqlara son qoymağın bircə yolu var:

“Ermənistanın azğınlığına son qoymağın vaxtı çoxdan çatıb. İndi Azərbaycan əsgəri sözünü deməlidir. Təcrübə göstərir ki, heç bir danışıq, bəyanat nəticə vermir. Həm də Rusiya Azərbaycan torpaqlarını müharibə yolu ilə alıb Ermənistana veribsə, bizim də yeganə variantımız hərbi əməliyyatlardır. Bir neçə gün əvvəl dövlət başçımız Rusiya prezidenti Vladimir Putinə zəng edib, siyasi iradəsini göstərdi.

Bildirdi ki, Rusiya sovet rejimindən əvvəl də, sovet rejimində də, indi də müstəmləkəçilik siyasətini dəstəkləyib. Deməli, daha bu oyunlara son qoymaq lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu