İdxal edilən toyuq məhsullarında koronavirus aşkarlandı

Braziliyadan Çinə ixrac olunan dondurulmuş toyuq qanadı məhsullarında koronavirus infeksiyası aşkarlanıb.
"Sherg.az"xəbər verir ki, bu barədə Çinin Quanqdonq əyalətinin Şenzen şəhərinin rəsmiləri bildirib.
İyun ayından bəri idxal olunan ət və dəniz məhsulları, eynilə məhsulların depolandığı sahənin işçiləri koronavirus testindən keçirilib. İşçilərin və anbardakı digər məhsulların test nəticələri neqativ çıxıb. Təkcə Braziliyadan gələn məhsullarda infeksiya aşkarlanıb. (publika.az)

Paylaş

Bizi Facebookda izləyin
menu
menu