TƏBİB-in şöbə müdiri: “ÜST-ün təsdiqlədiyi peyvənddən istifadə olunmalıdır”

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır: “Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu